Şaxta baba uşağınızı adı ilə təbrik edir

Videonu yarat

Yeni il sehri buradan başlayır

Filmdən anlar

Necə yaradılır

Ad, yaş, şəhər, istəsəniz şəkillər və uşağın məktubu — bu qədər. Şaxta baba uşağınızı adı ilə təbrik edir, məktubunu oxuyur, siz də nümunəyə baxırsınız.

Videonu yarat

Suallar

Video nə qədər vaxta hazır olur?

Şaxta baba ilə söhbət bir neçə dəqiqə çəkir. Söhbətdən sonra qısa video nümunəsi adətən 1–3 dəqiqəyə hazır olur. Ödənişdən sonra isə tam videonuz bir neçə dəqiqə ərzində hazırlanır: onu elə həmin səhifədən yükləyə bilərsiniz. Linki e-poçtunuza da göndəririk.

Uşağımın adının düzgün səslənməsini necə yoxlayım?

Uşağın adını yazdıqdan sonra Şaxta babanın onu necə tələffüz etdiyini dinləyə bilərsiniz. Ad düzgün səslənmirsə, fərqli vurğu variantlarından birini seçin. Nümunəyə baxdıqdan sonra da «Cavabları dəyiş» düyməsi ilə düzəliş edə bilərsiniz.

Ödənişdən əvvəl nə görəcəyəm?

Şaxta babanın uşağınızın adını səsləndirdiyi qısa video nümunəsinə baxacaqsınız, «NÜMUNƏ» işarəsi ilə. Bəyənsəniz, ödəniş edib tam videonu işarəsiz, Full HD keyfiyyətdə əldə edirsiniz.

Video neçəyədir?

14 dekabradək erkən sifariş qiyməti 15 ₼, sonra 19 ₼. Bacı-qardaşları eyni videoda təbrik etmək olar: hər əlavə uşaq üçün qiymət 1 ₼ artır. Şəkillər üçün ayrıca ödəniş yoxdur.

Şəkil və məktub lazımdır?

Xeyr. Uşağın adını, yaşını və qız, yoxsa oğlan olduğunu qeyd etmək kifayətdir. İstəsəniz, 4-ə qədər şəkil əlavə edə bilərsiniz: onlar Şaxta babanın sehrli kitabında görünəcək. Uşağınızın yazdığı məktubun şəklini də əlavə edə və ya məktubu burada birlikdə yaza bilərsiniz. Məktub əlavə etməsəniz, Şaxta babanın masasında sadə bir məktub görünəcək.

Neçə yaşlı uşaqlar üçündür və hansı dildə?

Videolar 3–10 yaşlı uşaqlar üçün nəzərdə tutulub və Azərbaycan və rus dillərində hazırlanır. Dili səhifənin yuxarısındakı AZ/RU düyməsi ilə seçə bilərsiniz. Bacı-qardaşların eyni videoda birlikdə təbrik olunması yalnız Azərbaycan dilində mümkündür.

Videonu necə yükləyə və ailəmlə paylaşa bilərəm?

Videonu Full HD keyfiyyətində və ya WhatsApp üçün daha kiçik versiyada yükləyə bilərsiniz. Link 3 gün aktiv qalır, ona görə videonu dərhal yükləyib saxlayın. «Ailəyə göndər» düyməsi ilə yaxınlarınıza xüsusi link göndərə bilərsiniz: onlar videoya baxa və onu yükləyə bilər, amma silə bilməz.

Şəkillərim başqalarına görünəcək?

Xeyr. Şəkillər və məktub yalnız sizin videonuzun hazırlanması üçün istifadə olunur və video hazır olan kimi silinir. Hazır videoya yalnız linki olan şəxslər baxa bilər; link 3 gün aktiv qalır, sonra video da silinir. Ödəniş edilməyən sifarişlər 24 saatdan sonra silinir, «Məlumatlarımı indi sil» düyməsi ilə isə hər şeyi daha əvvəl də silə bilərsiniz. Şəxsi məlumatlarınız reklam və ya süni intellekt modellərinin təlimi üçün istifadə olunmur.

Sualım olsa, kimə yaza bilərəm?

Bizə [email protected] ünvanına yazın. Adətən bir neçə saat ərzində cavab veririk.